Almaniya Ukraynaya iki “Patriot” sistemi verəcək

Dünya

01.08.2025 - 17:49

Kiyevə təhvil verilənlərin müqabilində Berlin Vaşinqtondan ən son sistemləri ilk alacaq

Almaniya Ukraynaya iki “Patriot” zenit-raket kompleksi verəcək. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Bildirib ki, Kiyevə təhvil verilənlərin müqabilində Berlin Vaşinqtondan ən son sistemləri ilk alacaq.

“ABŞ ilə razılaşma sayəsində Almaniya əvvəlcə Ukraynaya buraxılış qurğularını, sonra isə “Patriot” sisteminin əlavə komponentlərini ötürə biləcək”, - deyə nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş