Alimlərdən araşdırma: Eynək COVID-19-a yoluxma riskini azaldır

Maraqlı

19.09.2020 - 13:42

Uzunmüddətli eynək taxanların virusa yoluxma riski aşağıdır

 

Çinli alimlər koronavirusla bağlı maraqlı araşdırma aparıblar. AYNA xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmaya görə, eynək taxanlar 5 dəfə daha az COVID-19-a yoluxurlar.

 

Çinin Nanchang Universiteti tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən, gündəlik eynək taxmaq COVID-19-a yoluxma riskini azaldır. Elm adamaları virusa yoluxanlar arasında gündəlik eynək taxanaların 5 dəfə daha az olduğunu müəyyənləşidiriblər. Araşdırmaçılar bununla da səhiyyə işçilərinin niyə gözlərini də qoruduqlarının lazım olduğuna dair daha çox dəlil olduğunu izah ediblər.

 

JAMA Oftalmologiyanın tədqiqat qrupu 276 xəstəni müayinə edib, bunlardan 30-na 27 yanvar - 13 mart arasında COVID-19 diaqnozu qoyulub. Virusa yoluxduğu bəlli olan 30 nəfərdən 16-sı uzağı görə bilməyən və gün ərzində səkkiz saatdan artıq eynək taxan adamlar olub.

 

Araşdırmaçılar eynək taxan insanaların daha az gözlərinə toxunduğunu və bununla da virusun əllərdən gözə keçmə riskinin azaldığını bildiriblər.

 

Qeyd edək ki, əvvəlki araşdırmalarda da gözlər virusun insan orqanizminə daxil olduğu vacib bir kanal kimi qəbul edilirdi. Buna görə də, gündəlik eynək taxanalar üçün eynəklər qoruyucu bir amil ola bilir və uzunmüddətli eynək taxanların virusa yoluxma riski azalır.

Müəllif: Ayna.az