"Facebook" üz tanıma sistemini ləğv edib

Maraqlı

03.11.2021 - 05:43

İstifadəçilərt artıq foto və videolarda avtomatik aşkarlanmayacaq

"Facebook" sosial şəbəkəsinin rəhbərliyi üz tanınması sistemindən imtina etmək qərarına gəlib.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi olan "Meta" şirkətinin saytında dərc olunmuş məlumatda deyilir.

"Biz Facebook-un üz tanıma sistemini dayandırırıq. İstifadəçilərt artıq foto və videolarda avtomatik aşkarlanmayacaq. Biz bir milyarddan çox insan üçün fərdi üz tanıma şablonlarını siləcəyik", - deyə məlumatda bildirilir.

Sözügedən qərar istifadəçilərin biometrik məlumatların yayılması ilə bağlı şikayətindən sonra verilib.

Müəllif: Ayna.az