Delfinlərdən gözlənilməz ad günü təbriki - <font color=red> VİDEO</font>

Maraqlı

17.07.2019 - 22:57

Delfinlər yarım saatdan artıq müddətdə gəminin çıxardığı köpüklərin arxasınca üzüblər

 

ABŞ-ın Kaliforniya ştatı sahillərində bir qrup gənc dostlarının 30-uncu doğum gününü qeyd etməyə yığışıblar. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, dostlar həyatları boyu unuda bilməyəcəkləri sürprizlə qarşılaşıblar.  

 

Cənubi Kaliforniyadakı "Newport" sahilinə getmək üçün "Dana Point" limanından gəmiylə ayrılan dostlar qısa müddət sonra ətraflarının yüzlərlə delfin tərəfindən əhatə olunduğunun fərqinə varıblar. 


 
Delfinlər yarım saatdan artıq müddətdə gəminin çıxardığı köpüklərin arxasınca üzüblər.

 

Görüntülər Laguna sahillərinin ortalarında Triş Mey tərəfindən çəkilib. Meyin yanında məşhur sörfçü Chuk Patterson da olub.


 
Pattersonın proqnozuna görə, xoşbəxt görünən 100-dən artıq delfin qayıqların ətrafını dövrəyə alıb. 

Müəllif: Ayna.az