İnsanın məhv etdiyi təbiət dirilir

Maraqlı

20.04.2020 - 12:01

Son 20 ildən sonra maraqlı mənzərə meydana çıxıb

 

Koronavirus səbəbindən boşalmış, dünyanın əsas turizm mərkəzlərindən olan Tayland çimərliklərində maraqlı mənzərə ortaya çıxıb. Belə ki, nəsli tükənmək təhlükəsi ilə üzləşən dəniz tısbağaları 20 ildən sonra ilk dəfə olaraq üzə çıxaraq çimərlikdə yumurta qoymağa başlayıb.

 

AYNA xəbər verir ki, alimlər dəniz tısbağalarının çox sayda yumurta qoyduğunu müəyyən ediblər. "Son 20 ilin ən çox sayda yumurtası müəyyən olunub. 11 tısbağanın kürü nöqtəsi tapılıb. Bu, çox yaxşı bir haldır, çünki normal olaraq yumurtalarını qoyduqları yerlər insanlar tərəfindən məhv edilmişdi”, - deyə Phuket Dəniz Biologiya Mərkəzinin direktoru bilidirib.

Müəllif: Ayna.az