Ali məktəblərə qəbulun ikinci mərhələsinin tarixi açıqlanıb

Xəbərlər

16.03.2026 - 11:16

II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş