“Akıncı”lar Bakıda - 3 ölkəni keçərək

Xəbərlər

21.05.2022 - 23:33

Həkimlər Klinikalar SEO Xidməti

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır”

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan havaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstan üzərindən keçərək Bakıya eniş edib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter” hesabında məlumat paylaşılıb.

Məlumata görə, 2000 kilometr məsafə qət edən “Akıncı” PUA-lar 3 ölkə üzərindən keçərək uğurlu uçuş həyata keçirib.

“Baykar” şirkətinin direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar da “Twitter” hesabında bu haqda yazıb: “Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycana gələcəyik”.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş