Aİ Şurasının Prezidenti Azərbaycana rəsmi səfər edib

Xəbərlər

11.03.2026 - 16:22

Antonio Koştanı Baş nazirin müavini və digər rəsmi şəxslər qarşılayıblar

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

AYNA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Aİ Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş