Aİ səfirləri Rusiya neft və qazından imtina layihəsini təsdiqləyiblər

Dünya

09.10.2025 - 09:32

Səfirlər layihəni oktyabrın 20-də keçiriləcək görüşdə təsdiq edilməsi üçün nazirlərə təqdim etməyə razılaşıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiyadan enerji resurslarının idxalından imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. İndi sənədin Aİ-nin xarici işlər nazirləri tərəfindən razılaşdırılması gözlənilir.

AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, çərşənbə günü keçirilən qapalı iclasda Aİ ölkələrinin səfirləri təklif olunan qanun layihəsini oktyabrın 20-də keçiriləcək görüşdə təsdiq edilməsi üçün nazirlərə təqdim etməyə razılaşıblar.

Xatırladaq ki, sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Avropa İttifaqı ölkələrinin liderləri ilə Rusiya enerji daşıyıcılarının idxalının azaldılması məsələsini müzakirə edəcəyini bəyan edib. Amerikanın dövlət başçısının sözlərinə görə, Aİ ölkələri “Rusiya ilə mübarizə aparmağa çalışırlar”, lakin eyni zamanda onun enerji resurslarını almaqda davam edirlər. Tramp bu vəziyyəti “utancverici qərar” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş