Ağdamda yanğın: 3 nəfər tüstüdən zəhərlənib

Hadisə

06.08.2023 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

78 ton ot bağlamasının 41 tonu yanıb

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş