Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub - FOTOLAR

Xəbərlər

04.10.2022 - 20:20

Prezidentlə xanımı Ağdama səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin üzərindəki ağ örtüyü götürüblər, önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.

Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub - Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub - Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub - Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub - Ağdamda Xurşidbanu Natəvanın abidəsinin açılışı olub -
Müəllif: Ayna.az