Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Ağdam rayonunun Eyvazlı kəndində ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.