Ağdamda ekskavator minaya düşüb

Hadisə

18.03.2023 - 19:27

Hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb

Ağdamda ekskavator minaya düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə