Ağ Ev Ukrayna ilə bağlı razılaşma əldə edilə biləcəyini düşünür

Dünya

23.12.2024 - 08:18

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər, lakin o, Kiyevə silah verməkdən imtina etməməlidir.

AYNA xəbər verir ki, bu fikri CNN telekanalında Vaşinqton administrasiyasının hazırkı rəhbərinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Biz hamımız Trampın Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini eşitmişik. Lakin biz Trampın da uzun müddətdir ki, inamını ifadə etdiyini eşitmişik ki, o, Amerika üçün yaxşı bir razılaşma əldə etməlidir. Amerika üçün yaxşı bir razılaşma isə o deməkdir ki, bizə təsir rıçaqları lazımdır və bu rıçaq Ukraynaya davamlı hərbi yardımdır”, - deyə ABŞ prezidentinin müşaviri bildirib.

Onun sözlərinə görə, Tramp Rusiyaya “Siz ədalətli dünya qurmaq üçün ədalətli şərtləri qəbul etməyənə qədər ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək, Avropa Ukraynanı dəstəkləyəcək” məzmunlu mesaj verməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş