DİN-dən gül mağazasında baş verən güclü yanğınla bağlı rəsmi açıqlama verilib
Bakıda “Ağ çiçəyim” gül mağazasında baş verən güclü yanğınla bağlı rəsmi açıqlama verilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb ediliblər: “Təhlükəsizlik tədbirləri görülür”.