Daxili İşlər Nazirliyi məlumat yayıb
Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynovdan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.