Əlizamin İsmayıllı atasına məxsus evdə özünü asıb
Abşeronda 26 yaşlı kişi intihar edib. AYNA-nın "Report"a istinadən xəbərinə görə, hadisə noyabrın 11-də rayonun Digah qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Əlizamin İlqar oğlu atasına məxsus fərdi yaşayış evində özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.