“Rusiya Prezidenti Vladimir Putin gözəl danışır, amma sonra axşam hamını bombalayır”
ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndərəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ağ Evin rəhbəri vurğulayıb ki, hava hücumundan müdafiə sistemləri Ukraynanı qorumaq üçün lazımdır, “çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışır, amma sonra axşam hamını bombalayır”.
Tramp Kiyevə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, “Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəyəcək”.