Eniş Donald Trampın dövlət başçısı olduğu dövrdə, yəni 2029-cu ilin yanvarına qədər baş tutacaq
ABŞ üç il yarım ərzində öz astronavtlarını Aya endirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News”a müsahibəsində Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsini icra edən Şon Daffi deyib.
Onun sözlərinə görə, 2026-cı ildə Amerika astronavtları Ayın ətrafında uçacaq, lakin ona enməyəcək. Eniş Donald Trampın dövlət başçısı olduğu dövrdə, yəni 2029-cu ilin yanvarına qədər baş tutacaq.
Daffi Ayda daimi Amerika bazasının qurulacağını vurğulayıb. Orada əldə edilən biliklər Marsa uçuş həyata keçirməyə kömək edəcək.