Marko Rubio: "Əksinə dair heç bir dəlilimiz yoxdur"
“İranın Ali Rəhbəri Müctəba Xameneyi sağ ola bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio “Fox News”a verdiyi açıqlamada deyib.
"Əksinə dair heç bir dəlilimiz yoxdur", Rubio deyib.
24 apreldə “The New York Times” qəzeti Xameneyinin ABŞ və İsrailin hücumlarında üz yanıqları da daxil olmaqla ciddi xəsarətlər aldığını və əməliyyat tələb oluna biləcəyini yazıb. Qəzetin məlumatına görə, Xameneyi həkimlər qrupunun nəzarəti altındadır və artıq bir neçə əməliyyat keçirib.