ABŞ Milli Qvardiyasının əsgərləri Vaşinqtona gəlməyə başlayıb

Dünya

13.08.2025 - 12:25

Əsgərlər sentyabrın sonuna qədər ABŞ paytaxtında qalacaqlar

ABŞ Milli Qvardiyasının əsgərləri Vaşinqtona gəlməyə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, əsgərlər sentyabrın sonuna qədər ABŞ paytaxtında qalacaqlar.

Qoşunlar tam təchiz olunmuş vəziyyətdə, Kapitolinin şərqindəki Milli Qvardiyanın qərargahına gediblər.

“Qoşunlara məlumat verilib ki, onların missiyası sentyabrın 25-dək davam edəcək”, - nəşr yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş