Sunami təhlükəsi elan edilməyib
ABŞ-ın Oreqon ştatı sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 10 kilometrdən çox dərinlikdə baş verib.
Zəlzələnin episentri Coos Bay liman şəhərindən 230 kilometr qərbdə yerləşib.
Zəlzələ 163 min insanın yaşadığı Eugenedən (Oreqon ştatının ikinci ən böyük şəhəri) 338 kilometr cənub-qərbdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.