ABŞ-ın baş prokuroru COVID-19 ilə bağlı dələduzluq işini bağlayıb

Dünya

13.07.2025 - 09:57

Həkim saxtakarlıqda və peyvəndləri məhv etməkdə ittiham olunurdu

ABŞ-ın baş prokuroru Pem Bondi Yuta ştatından olan həkimə qarşı işi dayandırıb. Həkim COVID-19 peyvənd sertifikatlarını saxtalaşdırmaqda və 28 min dollardan çox dəyərində dövlətə məxsus peyvəndləri məhv etməkdə ittiham olunurdu.

AYNA.AZ-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi yazır.

Agentlik dəqiqləşdirir ki, Mur 2023-cü ildə valideynlərin xahişi ilə yetkinlik yaşına çatmayanlara COVID-19 peyvəndi əvəzinə fizioloji məhlul inyeksiya edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş