ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Siyasət

05.12.2023 - 08:22

O`Brayn Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq.

AYNA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən belə çıxır ki, O`Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Azərbaycan rəsmiləri ilə görüşəcək”.

 

 

Müəllif: Ayna.az