ABŞ dövlət katibi Azərbaycan Prezidentindən O’Braynın səfərinə icazə verilməsini xahiş edib

Xəbərlər

28.11.2023 - 11:59

İlham Əliyev həmin təkliflə şərtlə razılaşıb

ABŞ Dövlət katibi Antoni Blinken telefon danışığı zamanı münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini Prezident İlham Əliyevdən xahiş edib. AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.

Müəllif: Ayna.az