ABŞ-də atışma zamanı beş nəfər yaralanıb

Dünya

08.09.2024 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Polis atəş açan şəxsin axtarışını davam etdirir

ABŞ-nin Kentukki ştatında kütləvi atışma nəticəsində beş nəfər yaralanıb.

AYNA-nın məlumatına görə, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

"Şerif ofisinin məlumatına görə, şübhəlinin axtarışı başlayıb", - məlumatda deyilir. Hadisə Lorel dairəsində baş verib. Polis atıcının axtarışını davam etdirir.

Ştatın qubernatoru Endi Beşir magistral yolu hər iki istiqamətdə bağlatdırıb. O, yerli sakinləri təhlükəli zonadan qaçmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş