A-83-ün buz təbəqəsindən ayrılması son dörd ildə regionda baş vermiş üçüncü mühüm hadisədir
Antarktidada Brant buz şelfindən nəhəng A-83 aysberqi qopub. Onun sahəsi 380 kvadrat kilometrdir ki, bu da Rusiyanın Xabarovsk şəhərinin ölçüsü qədərdir. Hadisə 2024-cü il mayın 20-də baş verib.
AYNA xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (ESA) saytında məlumat yerləşdirilib.
A-83-ün buz təbəqəsindən ayrılması son dörd ildə regionda baş vermiş üçüncü mühüm hadisədir. Bundan əvvəl 2021-ci ildə A-74 aysberqinin yaranması və 2023-cü ildə daha da böyük buz dağının A-81 meydana gəlməsi baş verib.
A-83-ün doğulması ESA-nın “Copernicus Sentinel-1” və NASA-nın “Landsat-8” Yer müşahidə peykləri tərəfindən qeydə alınıb.
ESA aydınlaşdırıb ki, bu kvadrantda nəhəng aysberqlərin əmələ gəlməsi qonşu Mak Donald buzlaqının zəifləməsi ilə bağlıdır.
Alimlər qeyd ediblər ki, A-83 Britaniya Antarktika Tədqiqatının Brant buzlaqında yerləşən “Halley VI” tədqiqat stansiyasına təhlükə törətmir.
Tədqiqatçıların fikrincə, Antarktidanın üzən buz rəflərinin tədricən məhv edilməsi qitənin kontinental buzlarının okeana sürüşməsi prosesini sürətləndirir və bu, bütün dünyada dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.