ABŞ-da fövqəladə vəziyyət elan edilib

Dünya

03.04.2025 - 09:54

Həkimlər Klinikalar SEO Xidməti

Tramp ticarət balanssızlığını təhdidə görə ABŞ-da fövqəladə vəziyyət elan edib

ABŞ-da milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

"Bu təhlükənin mənbəyi ABŞ-dan kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bu təhlükə ilə bağlı milli fövqəladə vəziyyət elan edirəm", Tramp qeyd edib.

Prezident bildirib ki, ABŞ-ın digər ölkələrlə ticarət əlaqələrində “qarşılıqlılıq yoxdur”.

“Bundan əlavə, bu münasibətlər xüsusilə son illərdə son dərəcə balanssızlaşıb", - Ağ Evin rəhbəri əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş