ABŞ Prezidenti Donald Tramp Çini 200 faiz vergi ilə təhdid edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, jurnalistlərə açıqlamasında o Çini ABŞ-a maqnit verməli olduğunu deyib. “Əks halda, onlara 200 faiz tarif və ya başqa bir şey tətbiq etməliyik”,- deyə Tramp bildirib.
Qeyd edək ki, Çin ABŞ-ın tarif artımlarına cavab olaraq aprel ayında ixrac məhdudiyyətləri siyahısına bir neçə nadir torpaq elementi və maqniti əlavə edib.