ABŞ Azərbaycana yeni səfir göndərəcək

Xəbərlər

02.06.2026 - 11:54

Ağ Ev ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

ABŞ bir neçə ölkəyə yeni səfirlər təyin etməyə hazırlaşır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, Amerikanın səfir göndərəcəyi ölkələr arasında Azərbaycan da var.

Belə ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Aldenin namizədliyini irəli sürüb.

Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş