Zakir Həsənov İtaliya şirkətinin istehsalı olan silah və texnikalarla tanış olub

Xəbərlər

15.11.2023 - 15:08

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dubai Airshow 2023" beynəlxalq sərgisində nümayiş etdirilən İtaliya Respublikasının "Leonardo" şirkətinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şirkətin rəhbəri ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş