Yüzminlər adından Milli Məclisə: “Əgər bundan sonra da problemə sussanız...”

Cəmiyyət

21.11.2022 - 16:28

Ulu Öndərin 100 illik yubileyinədək bu problemi həll etmək tarixi sosial ədalətin tələbidir

Özəlləşdirmə çeklərinin fərmanla tədavüldən cıxarılması və özəlləşdirmə çeklərinin qanunlara uyğun olaraq, KOMPENSASİYA ödənilmədən dövriyyədən çıxarılmasından 12 il keçir. Belə bir hal korrupsiya cinayətidir. Özəlləşdirmə payı hüquqdur və qanunla verilib, özəlləşdirmə çekləri bu miras mülkiyyət payını və hüququnu təsdiqləyən dövlət qiymətli kağızıdır və qanunla verilib. Fərmanla isə bu Qanun icra edilərək, vətəndaşlara bu çeklər paylanaraq Dövlət Qiymətli Kağızı kimi birincili olaraq yerləşdirilib.

Fərman heç bir hüquq vermir və almır. Ancaq bu hüququn verdiyi əmlak payının qanunla qoyulmuş qaydada vətəndaşlara verilməsini icra edir. Ulu Öndərin Qanunla təsdiqlədiyi qaydaya əsasən, birincili olaraq özəlləşdirmə çekləri yerləşdirildikdən sonra özəlləşdiriləcək bütün orta və iri dövlət müəsisələrinin dəyərinin 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməlidir.

Yaxşı fikirləşın: Sizcə, cənab Prezident Özünə və Xalqına qarşı ədalətsiz davranarmı, camaatın hüquqlarını tapdayarmı?

Hörmətl deputatlar!

(bu KEÇİD-ə daxil olmaqla özəlləşdirmə çekləri qrupunun yüzminlərlə ailə adından hazırladığı bütün hüquqi faktlarla tanış ola bilərsiz)

Milli Məclis üzvlərinin çoxunun ailəsində, qohum və dostlarının ailəsində özəlləşdirmə çeklərini Ulu Öndər Heydər Əliyevin vədinə inanaraq saxlayanlar var. Cəmiyyətin öz dövlətinə və dövlət rəhbərliyini yüksək etimadı var.

Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) cənab Prezidentin adından istifadə edərək, dövlət qiymətli kağızı olan özəlləşdirmə çeklərinə “heç bir hüquq verməyən kağız parçası” kimi yanaşması və “dövriyyədən çıxarılıb” deməsi qanundan birxəbərlik də deyil, bu yanaşma birbaşa cinayətdir.

Bir dövlət qurumu xalqı nə vaxta qədər aldadacaq? Məmurların özbaşınalığı və sadə vətəndaşlara belə psixi və mənəvi təzyiqi nəticəsində bəzi vətəndaşlar ailələrinin 25 ildir ümidlə saxladıqları özəlləşdirmə çeklərini adi kağız parçası – suvenir kimi “28 may” metrosundakı ƏMDX məmurlarının nəzarət etdikləri “qara bazar”da satırlar. Bu, bəzi oliqarx deputatlar, məmur və hüquqşünasların xalqa məxsus əmlakları öz çirkli pulları ilə ələ keçirmək hiyləsidir.

Prezidenti və xalqı aldatmağa çalışmaqları bəs deyilmiş kimi, ƏMDX daha da qabağa gedir - çoxsaylı ziyalıların, akademik və professorların, deputat və hüquqşünasların, ictimai-siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin çağırışlarına, özəlləşdirmə çeklərinin QANUNLA bu gün ən bahalı Dövlət Qiymətli Kağızı olduğunu əsaslandırmalarına, xalqı maarrifləndirmələrinə, hüquqi səhvlərin aradan qaldırılması üçün müraciətlərinə cavab olaraq, “özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı şayiələri insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş addım” kimi dəyərləndirir və vətəndaşları bu cür “şayiələrə” inanmamağa çağırır. “Bu cür əsassız məlumatları yayanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq”, - deyə açıqlama verən Xidmət, açıq surətdə Konstitusiya və qanunlara əməl edərək işi araşdırmaq əvəzinə, vətəndaşları, ziyalıları, deputatları və hüquqşünasları hədələyir.

“Cənab Prezidentin bu problemdən tam xəbəri var” deməklə kimlərsə bu barədə danışmağa qadağa qoymağa calışaraq, öz çirkli əməllərini dövlət rəhbərliyinin üstünə atmaq və yaxalarını məsuliyyətdən kənara çəkmək niyyəti güdürlər. Hətta, cinayətkar oliqarxlardan asılı olan bəzi deputatlar da “Preident bu barədə danışmağı qadağan edib” deyərək, sizlərə susmağınızı tövsiyyə edirlər. Hələ 2017-ci ildə Milli Məclisin kecmiş sədri Oqtay Əsədov bu prolemin aradan qalxması ücün çalışan hörmətli millət vəkili Zahid Orucun sözünü təhqiramız surətdə kəsirdi.

Vətən müharibəsi zamanı cənab Prezidentin “mən hər şeyi bilirəm və nəyi nə vaxt edəcəyimi bilirəm” ifadəsini də dələduz məmurlar yanlış mənalandıraraq, əldə şüar edərək, öz cirkin əməllərini həyata keçirmək və düzgün məlumatları sizlərdən və cənab Prezidentdən gizlətmək ücün məharətlə istifadə edirlər. Cənab Prezident, əlbəttə, hər şeyi bilməlidir, ancaq o, öz qərarlarını məmurlardan aldığı informasiyalar əsasında verir. Özəlləşdirmə çekləri barədə qanunların və Konstitusiyanın pozulması və səhvlər bəzi məmurlara sərf etdiyi ücün, bəziləri isə öz əməllərindən qorxduqları ücün bu gün də həqiqətlər ölkə başçısından gizlədilir.

Mətbuatda vətəndaşlara beynəlxalq məhkəmələrdə mütləq udacaqları barədə nəsiyyətlər verən cıxışlar olur. Çox sağ olsunlar ki, Haqq və Ədalətin vətəndaşların tərəfində olduğunu başa düşərək bu fikirləri söyləyirlər. Amma bu hal bizim Dövlətimizə, Prezidentimizə olan inamımızın, Milli Məclisə olan etimadımızın sonu demək olduğu vaxt baş verə bilər. Ki, bizlər belə bir halın yaşanacağını düşünmək belə, istəmirik.

Bəzi deputatlar məlumatsızlıqdan öz səhvərini düzəlmək əvəzinə, çeklərini saxlayan vətəndaşlara vaxtında satmaq lazım olduğunu deyirlər, bəziləri hər vətəndaşın öz hüquqlarını qorumalı olduğunu qeyd edirlər. Bəziləri də fərmanın Konstitusiya zidd olduğunu bildikləri üçün, vətəndaşlara Konstitusiya Məhkəməsinə müraciət etməyi tövsiyə edirlər. Bir qism də qanunun tələbini və qanunla təsdiqlənmiş əmlak pay bölgüsü qaydalarını yaddan cıxararaq, sadəcə “vətəndaşları yola vermək lazımdır” düşüncəsindədir. Eləcə də, cənab Prezidentin yeni fərmanına ehtiyac olduğunu iddia edənlər var.

Deputat Vüqar Bayramov hələ 2018-ci ildə “525-ci qəzet”ə açıqlamasında bildirmişdi ki, bugünkü qanunlarla bütün özəlləşdiriləcək dövlət əmlakının 65%-i çek sahiblərinin mülkiyyətinə verilməlidir. Ancaq indi susur… Niyə?

Əziz deputatlar! Sizdən sələflərinizin səhvlərinin aradan qaldırılması, Prezidentə və Xalqa qarşı məmur maxinasiyalarının kökünün kəsilməsi üçün Milli Məclisdə təcili araşdırma aparılmasını və Konstitusiya Məhkəməsinə müraciət etməyinizi xahiş edirik.

Milli Məclisin 2000-ci ildə özəlləşdirmə haqda qanunda icra hakimiyyətinə Konstitusiyadan kənar səlahiyyətlər verməsi oliqarx məmurlar tərəfindən, Prezident Administrasiyası (PA) hüquqşünaslarının da köməkliyi ilə cənab Prezidentin və vətəndaşların mənafelərinin əleyhinə məharətlə istifadə olunur. O zamankı PA rəhbərliyinin “köməkliyi” nəticəsində, ümumilikdə qanunun Konstitusiya Məhkəməsində ekspertizası ya aparılmayıb, ya da həmin şəxslər cənab Prezidentə “əlavə səlahiyyətlər” verməkdə maraqlı olublar.

Əlbəttə, bu cür Konstitusiyadan kənar əlavə səlahiyyət verən qanun maddəsi və fərman bəndi Prezidentə lazım deyil. Niyə? Çünki hamı gözəl bilir ki, nə ulu öndər, nə də cənab İlham Əliyevin Konstitusiyadan kənar hec bir səlahiyyətə ehtiyacları olmayıb və yoxdur!

Bu gün həmin işbaz məmurlar özəlləşdirmə çekləri ilə bağlı həqiqətləri dilə gətirənləri “dövlət başçısının iradəsinə zidd gedənlər” kimi qələmə verməyə çalışırlar. Halbuki, özləri mənfur əməlləri ilə dövlətə, dövlətçiliyə və dövlət rəhbərinə qarşı ən böyük asiliyi edirlər.

Sakit durmaq deputatları günahsız etmir, əksinə laqeydlik ən böyük günahdır. Deputatlarıın vəzifəsi ən azından problemlərdən danışmaqdır! Məlumatsızlıqdan səhv etmək günah deyil, səhvi bilərək araşdırmamağın, Prezidentə qarşı istifadə oluna biləcək səhvləri aradan qaldırmağa çalışmamağın və xalqın haqqına girənlərə səs çıxarmamağın adını isə özünüz qoyun.

Bu səhvlərin səbəbkarları 2000-ci ildə özəlləşdirmə qanunu hazırlayanlar, qəbul edənlər – Milli Məclis, Konstitusiya Məhkəməsi və hüquqşünaslardır. Əlbəttə, onların səhvləri nəticəsində özəlləşdirmə qanunundakı bəzi maddələr ilə Prezidentə verilən Konstitusiyadan kənar səlahiyyət nə ulu öndərə, nə də cənab İlham Əliyevə lazım idi. Mətbuatda uzun müddətdir işiqlandırılan bu CİDDİ PROBLEMƏ susmaq olmaz!

Bu vəziyyətdən istifadə edən ƏMDX və PA hüquqşünasları cənab Prezidenti aldadaraq qol çəkdirdikləri bəzi fərmanlarla baş verə biləcək bütün məsuliyyəti ölkə başçısının üstünə atmaq məqsədi güdürlər. Özəlləşdirmə miras əmlak payına özəlləşdirmə çekləri ilə verilən hüquq Konstitusiya və qanunlarla verilib. Yəni fərmanla bu cür hüquq verilə, alına və ya məhdudlaşdırıla bilməz. Qanun isə ölkə başçısına konstitusiyadan kənar səlahiyyət verə bilməz. Bu işdə maraqlı olan məmurlar da bunu gözəl bilirlər və bu amildən özlərinin gələcəkdəki “təhlükəsizlik yastığı” kimi yararlanırlar.

Konstitusiyanı pozan qanun maddələri ilə özəlləşdirmə barədə fərmanları imzalatdıranların məqsədi Prezidentə əlavə səlahiyyətlər vermək deyil, ƏSAS MƏQSƏD Konstitusiyanı, qanunları və beynəlxalq hüquq normalarını pozmaqla, özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə məsuliyyətdən yayınmaq və məsuliyyəti imza sahibinin üzərinə qoymaqdır.

Ulu öndər Heydər Əliyevin dövlət siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, beynəlxalqi insan hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır. Belə cinayətləri törədənlərə cinayət işi açılması ücün qanunla və beynəlxaq hüquq normaları ilə vaxt məhdudiyyəti yoxdur. Bu isə o deməkdir ki, bu cinayət işi gələcəkdə işbaz məmurlar və başqa qüvvələr tərəfindən KORRUPSİYA halı kimi istifadə olunacaq.

Prezident Administrasiyası və onun hüquqşünasları “aradan cıxmış” kimi görünür. Əlbəttə, qanunlara və Konstitusiyaya uyğun tələb – yəni fərmanların başında ƏSASLANDIRMA – özəlləşdirmə çekləri ilə əlaqəli heç bir fərmanda yoxdur. Çünki əks halda, fərmanları hazırlayanların cinayət törətdikləri daha aydın olar. Hətta, fərmanla qəbul olunan 2-ci Özəlləşdirmə Dövlət Proqramının başında bu ƏSASLANDIRMANIN yazılmaması faktı bir daha bu fərmanın Konstitusiyaya uyğun olmadığını sübut edir. Ehtimal edək ki, bu əməllər qərəzli olmayıb və sadəcə səhvdir! Bəs indi niyə cənab Prezidentdən bu səhvi gizlədirlər və hətta deputatlara bu barədə danışmağa qadağa qoyulur?! Çünki bu, kimlərinsə cənab Prezidentə və Xalqa qarşı əvvəlcədən planlaşdırılmış hiyləsidir!

Qanunla miras əmlak payı – mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən, sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Dövlət ancaq ona aid olan 35%-i pulla sata bilər. Konstitusiya və qanunlarla dövlət artıq bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% Əmlak Payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə sata bilməz. İnvestor Qanunla ödəmənin əmək kollektivinin 15%-indən qalan +50% ödəmə hissəsini özəlləşdirmə çeklərinin nominal dəyəri ilə etməlidir. Ümumiyyətlə Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət prinsiplərinə əsasən imzaladığı Qanunla xarici investorlar da ancaq özəlləşdirmə çekləri əldə etdikdən sonra müsabiqələrdə iştirak edə bilər.

Hörmətli deputatlar, bu gündən başlayaraq sizin susmağınz, cənab Prezidentə və Xalqa düzgün olmayan məlumatlar verməyiniz gələcəkdə əleyhinizə çevriləcək və xalqa qarşı bağışlanmaz əməl kimi dəyərləndiriləcək. Artıq hamı bilir ki, 2000-ci ildə deputatların və Konstitusiya Məhkəməsinin kobud səhvləri nəticəsində icra hakimiyyətinə fərdi özəlləşdirmə qaydası (Konstitusiyaya tam zidd), mülkiyyət əmlak bölgüsü, qiymətli kağızların dövriyyəsi, alqı-satqısı qaydası, qiymətinin müəyyənləşdirilməsi və s. hüquqları verilib ki, bu da yuxarıda qeyd olunduğu kimi, oliqarx məmurların gizli hədəfiydi.

Özəlləşdirmə çekləri qiymətli kağızlar olduğuna görə Mülki Məcəllə ilə mülkiyyət hüququna malik olması təsdiqlənir. Mülkiyyət hüququ istifadə, sahiblik və sərəncam vermək kimi sahələri ancaq qanunla tənzimləyir. Yəni bunların dövriyyəsi və dövriyyədən çıxarılması ancaq qanunla baş verə bilər. Deməli, fərmanla tənzimlənmə Konstitusiyaya və qanunlara ziddir, Konstitusiyanın 109-cu maddəsində əmlaklar və qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi Prezidentin səlahiyyətlərinə aid deyil. Ümumilikdə Özəlləşdirmə Proqramı əmlak bölgüsü (Miras Əmlak Payı) və mülkiyyət hüququ ilə əlaqədar olduğundan Özəlləşdirmə Proqramı da ancaq qanunla tənzimlənməlidir. Dövlətin iqtisadi, sosial siyasəti Konstitusiyaya uyğun və qanunlarla tənzimlənir.

2000-ci il Özəlləşdirmə Qanunu — deputatların, Konstitusiya Məhkəməsinin və hüquq ekspertlərinin səhvləri:

5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur.

Maddə 18. Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi 18.2. Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

Cənab deputatlar, xahiş edirik ki, sələflərinizin bu səhvlərini aradan qaldırmaq ücün TƏCİLİ AR-nin Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevdən xahiş edəsiniz ki, onun da sələfinin səhvlərinin dövlət və xalq üçün hansı ağır nəticələr doğuracağını nəzərə alıb, tez bir zamanda araşdırmalara başlasınlar və cənab Prezidentə məlumat verilsin. Dövlət əmlakının özəlləşdirilməsinin hüquqi tənzimlənməsində Konstitusiya və qanunlara uyğun olmayan hallar aradan qaldırılmayana və araşdırmalar başa çatmayana qədər qeyri-qanun özəlləşdirmə prosesi təcili dayandırılmalıdır. Özəlləşdiriləcək dövlət əmlaklarının ədalətli mülkiyyət bölgüsü və alqı-satqısı yalnız və yalnız qanunla təsdiqlənmiş qayda ilə aparılmalıdır (1-ci Dövlət Özəlləşdirmə Proqramı Qanunundakı qayda ilə 15+50% ).

Bəs, Baş nazir və nazirlərin bu qanunsuzluqlarda əlləri varmı? Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini qəsdən hazırlamayıb.

Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti yenə ali rəhbərliyin üzərinə yönləndirmə niyyəti ortaya çıxır. Baş nazirin Mərkəzi Banka göstərişindən belə məlum olur ki, beynəlxalq hüquqa uyğun olaraq qiymətli kağızların alqı-satqısı və dövriyyəsi ancaq qanunla tənzimlənməlidir.

Ulu Öndər Heydər Əliyevin dövlətçiliyə və xalqa olan münasibəti özəlləşdirmə məsələsinə böyük həssaslıqla yanaşmasında öz əksini tapır. Xalqının qeyrətli oğlu kimi tarixi sosial ədalət prinsipini əsas tutaraq kapitalizmə dinc keçid üçün 1997-ci ilə qədər anadan olan bütün ölkə vətəndaşlarına bərabər mülkiyyət olmaqla, Miras Əmlak Payını dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə verdi. 1997-ci ildə Əmlak Komitəsi hər özəlləşdirmə payına (4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi (25 ildə ən azı 10 dəfə infilyasiyanı nəzərə alsaq, bu Miras Əmlak Dəyəri ən azı 20 000$ əmlak ekvalenti dəyərində səhm deməkdir).

Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider Qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər. Cənab Prezidenti aldatmağa cəhdlə, geniş vətəndaş narazılığı yaratmaq, xalqda hakimiyyətə və məmurlara qarşı nifrət, vətəndaşlarda və xarici investorlarda Konstitusiya, qanunlara və dövlətçiliyimizə inamsızlıq yaratmaq istəyən bəzi oliqarx məmurların yaratdığı belə durum tarixi sosial ədalət naminə vətəndaş gərginliyini qaçılmaz edir. Cənab Prezident özü dəfələrlə deyib ki, Dövlət olaraq ya biz Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyik, ya da məhvə doğru gedəcəyik.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində xahiş edirik ki, Ümummilli Liderin dövlətçilik ənənəsinə və adına layiq şəkildə bu problemin həllinə çalışasınız. Dövlətin ən kasıb vaxtında Heydər Əliyev xalq üçün belə bir imlan yaratdısa, dövlətin bugünkü güclü vaxtında həmin imkanı yenidən xalqa qaytarmaq çətin olmamalıdır.

Xahiş edirik, dövlət siyasətini formalaşdıran, Konstitusiya və qanunların aliliyini təmin edən, beynəlxalq hüquq normalarının, halallıq və ədalət prinsipinin keşiyində dayanan, Azərbaycan KİŞİLİYİ və MƏNƏVİYYATININ nümunəsi olan olan Ulu Öndərin 100 illik yubileyi ərəfəsində, 7 mart 1995-ci il tarixində Prezident Sarayında baş tutan, Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Heydər Əliyevin XALQA VƏDİNİ təkrar oxuyun və ona əməl edin.

İndi pullu məmurlar, onların qohumları və xarici şirkətlər tərəzinin bir gözündədir, Ümumilli Liderin vədinə, Konstitusiya və qanunlara, Dövlətə inannaraq çeklərini 25 ildir saxlayan sadə vətəndaşlar digər gözündə.

Əziz deputatlar!

Deputatlardan ixtisasca hüquqşünas olanlar bu hüquqi problem barədə bütün 125 deputata düzgün məlumat verməli, HÜQUQ və VƏZİFƏLƏRİNİ düzgün icra edərək təcili KOMİSSİYA yaradılmalıdır! Dövlətçiliyimizə tarixdə qara ləkə kimi qalmasın deyə, indi günahkar axtarmaqdansa, problemi və səhvləri tez bir zamanda - Ulu Öndərin 100 illik YUBİLEYİNƏ qədər həll etmək vaxtıdır!

Hörmətlə: Ulu Öndərin vədinə və dövlətimizə inanıb özəlləşdirmə çeklərini saxlayan ailələr adından “Özəlləşdirmə Çekləri Qrupu

Müəllif: Ayna.az