Yol polisi sürücülərə müraciət edib

Xəbərlər

19.07.2022 - 12:48

cedabet Klinikalar SEO Xidməti

Bu yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb

Bakı şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

BŞDYPİ-dən AYNA-ya bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb.

“Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik”, - müraciətdə deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş