Məscidin əmlakını – beton elementləri sındırmağa başlayıb
Mayın 5-də səhər saatlarında naməlum şəxs Yakutskda Əbdül-Həlim Auşev məscidində vandalizm törədib. AYNA.AZ xəbər verir ki, bu barədə “SakhaDay” nəşri məlumat yayıb.
Qeyd edilib ki, hadisəni törədən şəxs sərxoş olub. O məsciddə divar panellərini zədələyib. Hadisə şahidləri xuliqanı saxlayaraq polisə müraciət ediblər.
"Adam səhər saat 8:00-dan sonra daimi ziyarətçi kimi içəri daxil olub. İkinci mərtəbəyə qalxaraq məhəccərdən keçərək ayaqları ilə məscidin əmlakını – beton elementləri sındırmağa başlayıb. Sonra o ikinci mərtəbədən tullanmaq istəyib, lakin məsciddə olanlar ona mane olub", - Saxa Respublikası Müsəlmanları Müftisinin müavini Nurin Nurud bildirib. O əlavə edib ki, belə bir hadisə ilk dəfə baş verir.
Həmin şəxsin əvvəllər məhkumluğu olmayan Yakutsk sakini olduğu üzə çıxıb. O taksi sürücüsü ilə mübahisə etdiyini, məscidin yaxınlığında maşından düşdüyünü və əsəbi halda vandalizm hərəkəti etdiyini bildirib. Ekstremizmlə Mübarizə Mərkəzinin müstəntiqləri və əməkdaşları hadisə yerində araşdırma aparıblar.