Xalq artisti vəfat edib

Mədəniyyət

09.04.2023 - 10:44

İrana Tağızadə bu gün dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə ağır itki baş verib. AYNA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az