Sumqayıtda kitab bayramı: sərgi keçiriləcək

Mədəniyyət

20.10.2021 - 14:21

Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50 faizədək endirim tətbiq olunacaq

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.

AYNA “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50 faizədək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır.

Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.

Bütün kitabsevərlər dəvətlidir.

Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az