Xaçmazda yaşayış evində yanğın olub

Xəbərlər

18.07.2022 - 21:36

Evin qalan hissəsi yanğından mühafizə olunub

Xaçmazda yaşayış evində yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. AYNA bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Üçgünqışlaq kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 16 m² sahədə, 1 ədəd soyuducu və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş