Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri bilindi

Xəbərlər

18.07.2023 - 23:11

Şifahi müsahibə mərhələsində 61 vəkilliyə namizəd iştirak edib

Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 23.05.2023-04.07.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib.

Vəkillər Kollegiyasından AYNA-ya verilən məlumatına görə, şifahi müsahibə mərhələsində 61 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 51 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

“Keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş