Vaşinqton və Pekin bir-birini ittiham edir: “Təhlükəsizliyə təhdiddir”

Dünya

01.06.2025 - 17:42

cedabet dərman SEO Xidməti

“Tayvan məsələsi Çin üçün sırf daxili məsələdir və heç bir xarici ölkənin müdaxilə etmək hüququ yoxdur”

ABŞ müdafiə naziri Pit Heqset Çini “regional təhlükəsizliyə təhdid” saydığını deyib və Pekinin Tayvana qarşı siyasətini pisləyib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Sinqapurda Şanqri-La Dialoq Forumunda çıxışı zamanı bildirib.

Çin Xarici İşlər Nazirliyi belə bəyanatlara kəskin etirazını bildirib: “Heqset regional ölkələrin sülh və inkişaf çağırışlarına məhəl qoymadı, “Soyuq müharibə”ni və düşərgələr arasında qarşıdurmanı təbliğ etdi, Çini ləkələdi və ona hücum etdi. Və əsassız olaraq tamamilə təxribat xarakterli “Çin təhlükəsi nəzəriyyəsi” irəli sürdü. Çin öz hədsiz narazılığını bildirir və buna qəti şəkildə qarşı çıxır”, - Çin XİN-in bəyanatında qeyd edilib.

Bildirilib ki, ABŞ “dünyanın əsl hegemon gücüdür və Asiya-Sakit okean regionunda sülh və sabitliyi pozan ən böyük amildir”.

XİN-dən qeyd edilib ki, “ABŞ Hind-Sakit Okean strategiyasını inkişaf etdirərək Cənubi Çin dənizində hücum silahları yerləşdirir və Asiya-Sakit okean regionunda gərginlik yaradır, regionu barut çəlləyinə çevirir”.

Onun sözlərinə görə, “Cənubi Çin dənizində sülh və sabitliyi pozan ən böyük amil ABŞ-dır”.

XİN bəyanatında əlavə edib ki, Tayvan məsələsi “Çin üçün sırf daxili məsələdir və heç bir xarici ölkənin müdaxilə etmək hüququ yoxdur”.

“Amerika tərəfi Tayvan məsələsindən Çini tutmaq üçün aldatmamalı və odla oynamamalıdır”, - vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş