“Uşaqlar üçün təhlükəli verilişlər efirdən yığışdırılmalıdır”

Cəmiyyət

01.06.2020 - 11:08

Osman Gündüz: “Telekanallarda və internetdə qanunun tələb etdiyi qaydada informasiyaların kateqoriyalaşmasına çox az rast gəlinir”

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hələ də xeyli sayda uşaq istər ailədə, istərsə də cəmiyyətdə mənəvi-psixoloji, fiziki təzyiqlərə, şiddətə məruz qalır. Bu, azmış kimi, bir də informasiya əsrinin özü ilə gətirdiyi bəlalar var. İnformasiyanın əlçatanlığı işimizi asanlaşdırdığı qədər problemlər də yaşadır. Bunlardan biri də uşaqların zərərli informasiyalara məruz qalması məsələsidir.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü bu məsələni də gündəmə gətirib. AYNA xəbər verir ki, Azərbaycan İnternet Forumunun (AİF) prezident Osman Gündüz bu barədə diqqətçəkən məqamlara toxunub. “Uşaqları zərərli informasiyalardan qoruya bilirkmi?” sualını ortaya atıb, buna cavab axtaran ekspert, bu ilin 1 yanvar tarixindən qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna diqqət çəkib.

Aləmdə Nəsib