Ucarda yol qəzasında piyada xəsarət alıb

Hadisə

30.08.2022 - 04:54

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü Fuad Bəkir oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə piyada, 1984-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Xələfovu vurub.

Zərərçəkən aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, V. Xələfovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş