Ucarda bir nəfər kanalda batıb

Hadisə

25.12.2022 - 18:40

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Ucarda su kanalında batan şəxsin axtarışları aparılır. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Ucar rayonu, Alpout kəndində bir nəfərin su kanalında batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş