Türkiyəli nazir: “Zəngəzur dəhlizi üzərində iş gedir”

Aktual

19.02.2024 - 16:53

“Ermənistan tərəfində problemlər varsa, o zaman Azərbaycanın yolun İran ərazisindən keçməsi imkanları ilə bağlı İranla təmasları var”

“Ermənistan üzərindən Azərbaycandan Naxçıvana marşrutun açılması istiqamətində işlər aparılır. Lakin İran ərazisindən keçməklə alternativ variant da var”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu “Hürriyet” qəzetinə deyib.

“Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi üzrə işlər aparılır. Onun uzunluğu 43 kilometrdir. Amma Ermənistan tərəfində problemlər varsa, o zaman Azərbaycanın yolun İran ərazisindən keçməsi imkanları ilə bağlı İranla təmasları var”, - Uraloğlu qeyd edib.

Nazirin sözlərinə görə, hazırda hər iki variant nəzərdən keçirilir.

Tikintinin hansı mərhələdə olduğu sualına gəlincə, Türkiyə rəsmisi bildirib ki, Azərbaycan tərəfi öz ərazisində tikinti işlərini davam etdirir. Türkiyədən Naxçıvana yolun tikintisi üçün də tender elan olunub.

Müəllif: Ayna.az