Türkiyədə turist avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Hadisə

26.05.2022 - 22:04

Həkimlər Klinikalar SEO Xidməti

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb

Türkiyənin Antalya şəhərində rumıniyalı turistləri daşıyan mikroavtobus aşıb. AYNA "Haber Global"a istinadən xəbər verir ki, hadisə Antalyanın Korkuteli rayonunda Esentepe qovşağında qeydə alınıb.

Qəza nəticəsində biri ağır olmaqla 22 nəfər xəsarət alıb.

Dənizlidən Antalyaya gedən mikroavtobusun yolun yağışlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxdığı deyilir.

Qəzadan sonra qısa müddətə bağlı qalan Fethiye-Korkuteli yolu ikinci dərəcəli yoldan nəqliyyata açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş