Hadisə nəticəsində 16 nəfərin öldüyü bildirilir
Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib. AYNA xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Onlardan 8 nəfərin vəziyyəti ağırdır.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.