“Türk axını” işə salındı

İqtisadiyyat

08.01.2020 - 17:40

Mərasimdə 4 ölkənin rəhbəri iştirak edib

 

Bu gün İstanbulda “Türk axını” qaz kəmərinin işə salınması mərasimi baş tutub. AYNA türk mətbuatına istinadən xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandr Vuçim və Bolqarıstan Prezidenti Boyko Borisov iştirak edib.

 

Azərbaycanı isə mərasimdə Energetika naziri Pərviz Şahbazov təmsil edib.

 

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Layihə “Türk axını” Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin birinci hissəsi, qazın Türkiyə bazarına tədarükü üçün, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin hər bir hissəsi ildə 15,75 milyard kubmetr qaz nəql edəcək.

Müəllif: Ayna.az