Trampın xüsusi nümayəndəsi Ukraynaya gələcək

Dünya

23.08.2025 - 13:11

Kelloq Ukraynanın Müstəqillik Günü münasibətilə səhər yeməyində və şənliklərdə iştirak edəcək

Avqustun 24-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gələcək. AYNA.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Reuters”in müxbiri Qrem Slatteri mənbələrə istinadən bildirib.

Jurnalistin qeyd edib ki, Kelloq Ukraynanın Müstəqillik Günü münasibətilə səhər yeməyində və şənliklərdə iştirak edəcək. O həmçinin liderlərlə Ukrayna probleminin həlli ətrafında bir sıra ölkələrin diplomatik fəaliyyətini müzakirə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş