“Rusiya lideri Vladimir Putin Ukrayna ilə sülh razılaşması əldə etmək istəyir”
“Rusiya lideri Vladimir Putin Ukrayna ilə sülh razılaşması əldə etmək istəyir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibəsində deyib.
"O, müharibəni dayandırmaq istərdi. Mən belə düşünürəm", - Tramp qeyd edib.
ABŞ Prezidentinin sözlərinə görə, ilk prezidentlik müddətinin sonunda Ukrayna böhranının baş verməsi şansı olmayıb.
“Münaqişə sabiq Prezident Co Baydenin dövründə oldu. İnanıram ki, mənim sayəmdə Putin hərbi əməliyyatları dayandırmağa hazırdır", - Tramp əlavə edib.