"CNN saxta xəbərlər yayır və uğursuz NYT tarixin ən uğurlu hadisəsini gözdən salmaq üçün əlbir olub
ABŞ Prezidenti Donald Tramp CNN kanalı və “The New York Times” (NYT) qəzetinin Amerikanın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı məlumatından narazı qalıb və onları “sövdələşmədə” ittiham edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.
"CNN saxta xəbərlər yayır və uğursuz NYT tarixin ən uğurlu hadisəsini gözdən salmaq üçün əlbir olub. İranın nüvə obyektləri tamamilə məhv edilib!", - Tramp qeyd edib.
Bundan əvvəl CNN telekanalı və NYT qəzeti mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ-ın kəşfiyyat ictimaiyyəti və bəzi İsrail rəsmiləri ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi zərbələrin Tehranın nüvə proqramının əsas komponentlərinin məhvinə səbəb olmadığını və İranın hələ də uranın zənginləşdirilməsi üçün kiçik gizli obyektlərinə malik ola biləcəyini düşünür. Ağ Ev bu hesablamaların yanlış olduğunu bildirib.