Abş Prezidenti narkotik kartelləri ilə silahlı münaqişəyə girdiyini bəyan edib
“ABŞ narkotik kartelləri ilə silahlı münaqişədədir”. AYNA.AZ “The New York Times”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Prezident Tramp qərar verib ki, Birləşmiş Ştatlar narkotik kartelləri ilə formal silahlı münaqişə aparır. Onun komandası onları terrorçu təşkilatlar adlandırır və bu qrupların qaçaqmalçıları qanunsuz döyüşçülərdir”, - qəzet yazıb.
Qeyd edək ki, oktyabrın 3-də bildirilib ki, amerikalı senatorlar Pentaqonun Karib hövzəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi daşıyan hərbi əməliyyatları üçün tutarlı əsaslar təqdim etməyi tələb ediblər.